![](http://pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Rəvan”
matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VII turunun “Qarabağ” – “Simurq”
matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Qarabağ”
klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000
manat cərimə olunur (maddə 52).
Oyun 90+3-cü dəqiqəsində “Simurq”
klubunun 11 №-li futbolçusu Draqan Çeran
hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Topaz Premyer Liqasının VII turunun AZAL – “Xəzər Lənkəran”
matçının 45+1-ci dəqiqəsində AZAL klubunun 15
№-li futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Oyunun 72-ci dəqiqəsində AZAL klubunun
azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə
olunur (maddə 52).
Əvəzedici heyətlərin VII turunun AZAL – “Xəzər Lənkəran”
matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500
manat cərimə olunur (maddə 40).
Oyunun 70-ci dəqiqəsində “Xəzər Lənkəran”
klubunun 42 №-li futbolçusu Kamran Abdullazadə idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun II
turunun “Kəpəz” – “Neftçala” matçının 75-ci dəqiqəsində “Neftçala” klubunun 20
№-li futbolçusu Tanrıverdi Məhərrəmli hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə
42.3).
Azərbaycan I Divizionunun II
turunun MOİK – “Mil-Muğan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan
I Divizionunun II turunun “Karvan” –
“Qaradağ Lökbatan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klublar 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun II
turunun “Lokomotiv” – “Ağsu” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
|