![](uploads/xezer.jpg) Topaz Premyer Liqasının 7-ci turunda “Xəzər Lənkəran” AZAL-ı
3-1 hesabı ilə məğlub etdi.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu gün yaxşı
oynadıq. Erkən qol buraxsaq da, bərabər oyun göstərdik. Oyunçularıma təşəkkür
edirəm. Düşünürəm ki, belə oynamağa davam etsək lazım olan xalları yığacağıq”.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Qələbə
qazandığımız üçün şadam. Erkən qol vurmağımız bizi daha da ruhlandırdı. İlk
hissədə rəqib oyunçunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. Qol
vurduqdan sonra komandada arxayınlıq yarandı, rəqib mərkəzdə üstünlüyü ələ
keçirdi. İkinci hissədə birtərəfli oyun getdi. Əsas odur ki, qol vura bildik,
arxası gəldi”.
|