![](uploads/tpl.jpg) Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi” doğma
meydanda “Sumqayıt”la qarşılaşdı. Paytaxt klubunun üstünlüyü ilə keçən oyunda
qapılara qol vurulmadı – 0:0.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Azərbaycanın
ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun idi, komandamızda əsasən
gənc, təcrübəsiz oyunçulardır. Fikrimcə, bu gün 1 xal qazandıq. Bəzi epizodlarda həm bizim, həm də “Neftçi”nin bəxti gətirdi. Bütün rəqiblərə
eyni yanaşırıq. Öz oyun üslubumuz var, əks-hücumlarda oynayırıq.Komandamı təbrik edirəm”.
Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Bu cür
komandalarla oyunlar həmişə çətin olur. “Sumqayıt” əsasən müdafiədə oynadı,
qapandı. Qol epizodlarından istifadə etmədikcə futbolçularda əsəb yaranırdı.
Qarşıdakı oyunlarda itirdiyimiz xalların əvəzini qaytaracağımıza inanıram. Hər
hansı futbolçu intizamı pozursa, cəzasını alacaq. Komandanın özünə
inamını bərpa etmək lazımdır”.
|