![](uploads/tpl.jpg) Topaz Premyer Liqasının 7-ci turunda “Simurq” səfərdə “Qarabağ”la
qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa
çatdı – 0:0.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Gərgin
və sürətli oyun oldu. Hesab sonadək açılmadı. Əks-hücumlarda oynayıb qol vurmaq
istəyirdik. Komanda sona qədər mübarizə apardı”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “90 dəqiqə
ərzində oyunda üstünlüyə yiyələnmək istədik. Rəqibin müdafiədə yaxşı oynadığını
bilirdik. Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji
yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin
hamısı güclüdür”.
|