Paytaxt derbisində heç-heçə 2013-09-21 |
|
Topaz Premyer Liqasının 7-ci turunda “İnter”lə “Bakı”
qarşılaşdı. Hərəyə iki dəfə fərqlənən tərəflər paytaxt derbisində 1 xalla kifayətlənməli
oldular – 2:2.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam
nəzarət edirdik, erkən qol vurduq. Müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Yenidən
hesabda irəli çıxsaq da, oyunun sonlarına yaxın qapımızdan ikinci qolu
buraxdıq. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir. İki xal itirdiyimizi
düşünürəm. İtirdiyimiz xalları
qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq”.
Roman Cəfərov, “İnter” klubunun məşqçisi: “Sona kimi gərgin
oyun oldu. Nəticənin necə olacağını təxmin etmək mümkün deyildi. İlk hissədə
yaxşı oynamadıq, fasilədə isə baş məşqçimiz taktiki dəyişiklik etdi və bundan
sonra yaxşı oynadıq. Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq, xalları qazanmağa
davam edəcəyik. Heç-heçə bizə çox lazım idi”.
|
|
|
|
|
|