![](uploads/qabalayeni.jpg) Topaz Premyer Liqasının 7-ci turunun açılış oyununda “Qəbələ”
doğma meydanda “Rəvan”la qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən əyalət
təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirdi.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi qazanılan qələbə ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da, “Qəbələ”nin hücumçularının
yüksək ustalıq səviyyəsi öz sözünü dedi. Oyunöncəsi məşqdə Aqil Nəbiyevin zədələnməsi
də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə apardıqlarına görə
futbolçularıma təşəkkür edirəm”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Yaxşı
oynadıq, ilk hissədə iki qol vurduq. Hər iki hissədə hücumlarımız oldu.
Meydança da əla vəziyyətdədir. 3-0 qalib gəldik, ancaq ikinci hissənin
axırlarına yaxın komandamın oyunu məni qane etmədi”.
|