![](http://pfl.az/uploads/pfl.jpg) “Sumqayıt” klubu PFL-ə müraciət edərək ev
oyunlarını keçirdikləri stadionda infrastruktur işlərinin yekunlaşmaması ilə əlaqədar
olaraq Topaz Premyer Liqasının I dövrəsinin
“Sumqayıt” – “Neftçi” matçının “Bakcell Arena” stadionunda, ikinci dövrənin matçının isə Sumqayıt şəhərində
keçirilməsinə icazə verməyi xahiş etmişlər.
Bu səbəbdən də yuxarıda qeyd olunanları və “Neftçi” klubunun razılıq məktubunu
nəzərə alaraq
Ə M R E D İ R Ə M:
- Topaz Premyer Liqasının VII turunun “Sumqayıt”
– “Neftçi” matçı 22 sentyabr 2013-cü il tarixindən 21 sentyabr 2013-cü il tarixinə dəyişdirilsin və
matç “Bakcell Arena” stadionunda keçirilsin.
- Topaz Premyer Liqasının XV turunun “Neftçi” –
“Sumqayıt” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda
keçirilsin.
|