![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının 6-cı turuna AZAL – “Qəbələ” oyunu ilə yekun vuruldu. İkinci
hissədə azlıqda qalmasında baxmayaraq, “Qəbələ” növbəti 3 xalı aktivinə yazdı –
2:1.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Hər iki komanda üçün vacib oyun idi.
Bizim üçün həlledici oyun idi. “Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal
qabaqlamağa imkan versin. Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər
üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdür, hətta azlıqda qalandan
sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub, qapımızda iki top gördük.
Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Fasilədən sonra əksər hallarda oyunlar
çətin olur. Rəqibimiz yaxşı komandadır, hücumdan müdafiəyə və əksinə çox sürətlə
keçirlər. Qələbə qazandığımız üçün şadam”.
|