“Qarabağ”ı “Rəvan”la oyunda məğlubiyyətdən xilas edən qol klub tarixinə düşüb. Leroy Corcun rəqib qapısından keçirdiyi top Ağdam təmsilçisinin milli çempionatlarda 850-ci qolu oldu. Yubiley topunun sayəsində “Kəpəz”i arxada qoyub 2-ciliyə şəriksiz sahib çıxan komanda indi bu göstəricidə yalnız “Neftçi”dən (1100) geri qalır. Aşağı dəstədə çıxış edən “Kəpəz”in 849 qolu var. “Qarabağ” vurulan 850 qolun 510-nu öz, 325-ni isə rəqib meydanlarında vurub. Digər 15 qol isə neytral meydanlarda rəqib qapısından keçirilib. mövsüm | turnir cədvəlindəki qollar | texniki qələbə | vurulan qollar | 1992 | 77 | 1 | 74 | 1993 | 25 | 2 | 19 | 1993/94 | 61 | 3 | 52 | 1994/95 | 42 | 2 | 36 | 1995/96 | 51 | - | 51 | 1996/97 | 61 | - | 61 | 1997/98 | 43 | 2 | 37 | 1998/99 | 53 | 1 | 50 | 1999/2000 | 21 | - | 21 | 2000/01 | 21 | 1 | 18 | 2001/02 | 41 | - | 41 | 2003/04 | 63 | 1 | 60 | 2004/05 | 61 | 2 | 55 | 2005/06 | 32 | - | 32 | 2006/07 | 20 | - | 20 | 2007/08 | 25 | - | 25 | 2008/09 | 35 | - | 35 | 2009/10 | 31 | - | 31 | 2010/11 | 41 | - | 41 | 2011/12 | 37 | - | 37 | 2012/13 | 43 | - | 43 | 2013/14 | 11 | - | 11 | Cəmi: | 895 | 15 | 850 |
|