![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 5-ci turunda “Simurq” səfərdə “İnter”lə qarşılaşdı. Oyunun
gedişində hesabda geri düşən Zaqatala təmsilçisi ikinci hissənin sonlarına
yaxın vurduğu qollarla əzmkar qələbə qazandı – 2:1.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çətin və maraqlı oyun oldu. Son iki
oyunda məğlub olmuşduq, “qara zolaq”dan çıxmaq üçün bizə qələbə lazım idi.
Standard vəziyyətdən buraxdığımız qol bizi ikinci hissədə dəyişikliklər etməyə
məcbur etdi. Oyunçular verilən tapşırıqların öhdəsindən gəldi, komandamı təbrik
edirəm”.
Roman
Cəfərov, “İnter” klubunun məşqçisi: “İlk hissədə yaxşı oynadıq, topa daha çox nəzarət
edirdik. İkinci hissədə isə kobud səhvlərdən iki qol buraxdıq. Gələcək
oyunlarda daha yaxşı oynamağa çalışmalıyıq”.
|