![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 5-ci turunda “Qarabağ” doğma meydanda AZAL-a 0-1 hesabı ilə məğlub
oldu. Bu nəticə ilə mövsümdə ilk məğlubiyyətini alan Ağdam təmsilçisi turnir cədvəlində
liderliyi AZAL-a təhvil verdi.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Azərbaycanın ən güclü komandasına qarşı
oynadıq. “Qarabağ” bizdən üstün komandadır. Erkən qol vurduq, qalib gəldik. Komandaya
qələbəyə görə təşəkkür edirəm”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün ağır oyun oldu. Avroliqa
ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə
lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9
saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı
oynadı. Rəqibi qələbə ilə təbrik edirəm”.
|