![](uploads/revanyeniloqo.jpg) Topaz Premyer Liqasının 5-ci turunda “Rəvan” səfərdə “Sumqayıt”a
qalib gələrək mövsümdə ilk qələbəsini qazandı – 1:0.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Komandamı
qələbə ilə təbrik edirəm. Oyundan tam razı qalmasam da, əsas nəticədir, 3 xalı
qazandıq. Bütün azarkeşlərimizi ilk qələbə ilə təbrik edirəm”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqibi qələbə ilə təbrik edirəm.
Bugünkü oyunda məğlubiyyətə layiq deyildik. Çoxsaylı qol imkanlarını əldən
verdik. Nəticədən razı olmasam da, komandamın oyunundan razıyam”.
|