![](uploads/qabalayeni.jpg) Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran” səfərdə
“Qəbələ” ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində
3-cü pillədə qərarlaşdı.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyuna
qələbə əzmi ilə çıxmışdıq, lakin yaxşı başlamadıq. İlk qoldan sonra komandada
ruh düşkünlüyü yarandı. Rəqib ikinci qolu çox asanlıqla vurdu. Qol vurmaq
şanslarımız çox olsa da, fərqlənə bilmədik”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İlk dəfədir
ki, qol buraxmadan oyun nümayiş etdiririk. Müdafiə xəttimiz yaxşı oynadı.
Hücumçularımız aktiv oynadı, qələbə qazandıq”.
|