![](uploads/fcb.jpg) Topaz Premyer Liqasının 5-ci turunda “Bakı” doğma
meydanda “Neftçi” ilə qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən “Bakı”
növbəti 3 xalı aktivinə yazdı.
Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Rəqib çox əzmkar
və istəkli oynadı. Bunun nəticəsində də qələbə qazandı. Bəzən bu cür məğlubiyyətlər
lazımdır”.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Bu cür gözəl
oyundan sonra ancaq sevinmək olar. Həm fiziki, həm də mənəvi cəhətdən rəqibi
üstələdik. İkinci hissədə azlıqda qalsaq da, yenə də qələbə qazana bildik.
Klubumuzun prezidenti də oyunu izləyirdi. Komanda hələ təzə qurulur, öz üzərimizdə
işləməliyik. Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik”.
|