![](uploads/UEFA.jpg) Avropa
Liqasının pley-off mərhələsində mübarizə aparan Ağdamın “Qarabağ” klubu
Almaniyada “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Bir həftə öncə Bakıda
keçirilən qarşılaşmada rəqibinə 0-2 hesabı ilə məğlub olan təmsilçimiz cavab
qarşılaşmasında da rəqibini üstələyə bilməyib – 1:2. Komandamızın yeganə qolu
oyuna əvəzetmədən daxil olan Reynaldo Silvanın aktivindədir. İki oyunun nəticəsinə
görə “Ayntraxt” klubuna məğlub olan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində
mübarizə dayandırdı.
|