![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 4-cü turunda “Xəzər Lənkəran”
doğma meydanda “Neftçi” ilə qarşılaşdı. Maraqlı və gərgin idman mübarizəsi şəraitində
keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Qələbəyə
layiq oyun göstərdik. “Neftçi” güclü komandadır, ötən mövsüm həm ölkə çempionu
oldular, həm də kuboku qazandılar. Qol vura bilməsək də, qapımızdan da qol
buraxmadıq. Hələ ki, vaxtımız var, oyunumuz üzərində işləmək lazımdır”.
Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Oyunun çətin
keçəcəyini bilirdik, oyun ətrafında səs-küy çox idi. Buna baxmayaraq, öz
oyunumuzu oynadıq”.
|