Topaz Premyer Liqasının 4-cü turunda “Rəvan”ın qonağı
olan “İnter” rəqibini 5-1 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini
qazandı.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “İlk
qolu vursaq da, ardını gətirə bilmədik. Rəqib bizi əks-hücumlarda tutdu. Pis
oynadıq, heyətlə bağlı problemlərimiz var. Komandaya yeni qoşulan futbolçular
tam uyğunlaşmayıb. Çalışıb, uğursuzluq zolağından çıxmalıyıq”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komandam
yaxşı oynadı, qələbə qazanmalı idik. Oyunumuzda bəzi çatışmayan məqamlar da
var. Mövsümə yaxşı başlamasaq da, qələbələrə davam etməyə çalışacağıq”.
|