![](uploads/araznaxcivan.jpg) Məqşlərini gündə 2 dəfə İ.Axundlu adına Naxçıvan şəhər
stadionunda davam etdirən “Araz” gələn həftə Türkiyəyə təlim-məşq toplanışına
yollanacaq. “Ərzurumspor” klubunun idman bazasında baş tutacaq toplanışda
komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli
“Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra “Çaykur Rizespor”la görüşəcək.
10 günlük Ərzurum hazırlığının ardından “Araz” Naxçıvana geri dönərək məşqlərini
yerli arenada bərpa edəcək.
|