![](uploads/bakirevanugursuzluq.jpg) Topaz
Premyer Liqasının 3-cü turunda digər iki paytaxt klubu – “Bakı” və “Rəvan”ın
qarşı-qarşıya gələcək. Son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn
paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər. Buna qədər
keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə
qeydə alınıb.
10.09.2011
|
Bakı - Rəvan (Bakı)
|
3:2
|
10.12.2011
|
Rəvan (Bakı) – Bakı
|
0:0
|
18.08.2012
|
Rəvan (Bakı) - Bakı
|
1:1
|
03.03.2013
|
Bakı - Rəvan (Bakı)
|
2:1
|
Qeyd
edək ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil
Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov
artıq vəzifələrinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi”
qarşısında 0-2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını
açmayan yeganə komandadır. Ötən mövsüm klubun əsas qol ümidlərindən
olan Mindauqas Kalonas yay transfer dövründə məhz “Bakı”ya transfer olunub. İlk
iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” bu
tur daha bir oyunçunun transferini rəsmiləşdirə bilib. 32 yaşlı müdafiəçi
Santos Araujo Yuananıstanın “PAOK” klubundan transfer olunub. Qeyd edək ki, hər
iki komandanın heyətində cəzalı futbolçular var. “Rəvan”dan Miloş Adamoviç, “Bakı”dan
isə Deividas Çesnauskis bu tur meydana çıxa bilməyəck.
|