![](uploads/sumqayitilkqelebe.jpg) Topaz Premyer Liqasının 3-cü turunda “Sumqayıt” doğma
meydanda “Qəbələ” ilə qarşılaşacaq. “Sumqayıt” klubunun “Qəbələ” ilə
oyunlarında üstünlük qonaqlardadır. Buna qədər keçirilmiş dörd qarşılaşmanın
hamısında “Qəbələ” qalib gəlib.
14.08.2011
|
Sumqayıt Şəhər - Qəbələ
|
1:2
|
04.12.2011
|
Qəbələ - Sumqayıt Şəhər
|
3:1
|
26.08.2012
|
Qəbələ - Sumqayıt
|
4:1
|
08.12.2012
|
Sumqayıt - Qəbələ
|
0:1
|
İki turdan sonra qapısından hamıdan çox – 6 qol buraxan “Sumqayıt”
mövsümün iddialı klublarından oıan “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq.
Son turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Vurğun Hüseynov bu tur
komandasına kömək edə bilməyəcək. Təcrübəli rusiyalı məşqçi Yuri Syominin başçılığı
altında inamlı çıxışı ilə diqqətləri üzərinə çəkən “Qəbələ” ilk turda “Bakı”nı,
ötən turda isə “İnter”i məğlub edə bildi. Qeyd edək ki, komanda hər iki oyunda əzmkar
oyun göstərdi və oyunların taleyini əvəzetmədən meydana daxil olan oyunçular həll
etdi.
|