![](uploads/paytaxt-derbisi.jpg) Topaz
Premyer Liqasının 3-cü turu paytaxt derbisi ilə səciyyələnəcək. İlk iki turda məğlub
olan “İnter” klubu “Şəfa” stadionunda AZAL-ı qəbul edəcək. Bu komandalar
arasında indiyədək keçirilmiş 18 oyundan 10-u heç-heçə ilə başa çatıb. Hərəyə
dörd qələbə qazanan komandaların top fərqində üstünlük AZAL-dadır. Komanda AZAL
adlanandan bəri “İnter”ə məğlub olmayıb – son 8 qarşılaşmanın 6-sı heç-heçə
başa çatıb, iki oyunda isə “təyyarəçilər”
qalib gəlib. Komandalar arasında ən populyar hesablar 0:0, 1:0 və 1:1-dir.
04.12.2005
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
0:0
|
06.05.2006
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
1:0
|
23.09.2006
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
0:0
|
12.05.2007
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:0
|
16.09.2007
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:0
|
28.04.2008
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
2:0
|
10.08.2008
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:1
|
15.02.2009
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
1:0
|
13.09.2009
|
İnter (Bakı) - Olimpik-Şüvəlan (Bakı)
|
2:2
|
13.12.2009
|
Olimpik-Şüvəlan (Bakı) - İnter (Bakı)
|
0:1
|
16.10.2010
|
AZAL (Bakı) - İnter (Bakı)
|
5:0
|
11.12.2010
|
İnter (Bakı) - AZAL (Bakı)
|
1:1
|
03.04.2011
|
AZAL (Bakı) - İnter (Bakı)
|
1:0
|
13.05.2011
|
İnter (Bakı) - AZAL (Bakı)
|
0:0
|
17.09.2011
|
AZAL (Bakı) - İnter (Bakı)
|
1:1
|
26.11.2011
|
İnter (Bakı) - AZAL (Bakı)
|
1:1
|
23.09.2012
|
AZAL (Bakı) - İnter (Bakı)
|
0:0
|
09.12.2012
|
İnter (Bakı) - AZAL (Bakı)
|
0:0 |
Qeyd
edək ki, “İnter” cari mövsümə uğursuz başlayıb. Ötən çempionatın bürünc mükafatçısı
hər iki qarşılaşmada məğlub olub. Həm “Qarabağ”la, həm də “Qəbələ” ilə oyunda
Kaxaber Sxadadzenin yetirmələri hesabı açan tərəf olsa da, yekunda komanda məğlub
olmuşdu. AZAL isə ilk oyunda “Neftçi”yə məğlub olsa da, ikinci turda minimal
hesabla “Bakı”nı üstələmişdi.
|