![](uploads/qaqrabagxl-sefer-sindrom.jpg) Topaz
Premyer Liqasının 3-cü turunun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la
qarşılaşacaq. Ötən mövsümün yekunlarına əsasən hər iki klub Avropa Liqasına vəsiqə
qazanmışdı. “Xəzər Lənkəran” 2-ci mərhələdə mübarizəni dayandırsa da, “Qarabağ”
Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir.
Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki
komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə iləbaşa çatdığını
görmək olar.
13.12.2004
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
3:1
|
15.05.2005
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
3:0
|
02.10.2005
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
2:1
|
01.04.2006
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
2:0
|
09.11.2006
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
2:0
|
07.05.2007
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
1:4
|
26.08.2007
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
2:0
|
02.03.2008
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
2:0
|
22.11.2008
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
1:3
|
09.05.2009
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
1:0
|
30.10.2009
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
1:0
|
13.02.2010
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
0:0
|
03.04.2010
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
2:1
|
09.05.2010
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
2:1
|
30.10.2010
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
0:1
|
23.12.2010
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
1:2
|
10.04.2011
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
0:0
|
07.05.2011
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
1:1
|
17.09.2011
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
0:1
|
10.12.2011
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
0:0
|
11.03.2012
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
1:0
|
11.05.2012
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
4:1
|
27.10.2012
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
2:0
|
20.12.2012
|
Qarabağ (Ağdam) - Xəzər Lənkəran
|
1:0
|
Qeyd
edək ki, son dörd qarşılaşmada səfər komandası xal qazana bilmir. “Qarabağ”
cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı
Marinaldo da Silva (3 qol) və Reynaldo Silvanın (2 qol) aktivindədir. “Xəzər Lənkəran”
ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada
heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək
ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyunda yeni transfer Etame Mbillanın xidmətindən
yararlana biləcək. 25 yaşlı kamerunlu hücumçu Türkiyənin “Adanaspor” klubundan transfer
olunub və keçmiş komandasının heyətində keçirdiyi 122 oyunda 61 qol vurub.
|