Topaz Premyer Liqasının 3-cü turuna şənbə günü keçiriləcək “Neftçi” – “Simurq” oyunu ilə start veriləcək. Komandaların arasındakı oyunların balansına nəzər saldıqda qonaqların son 8 oyunda qələbə qazana bilmədiklərini görmək olar. Buna qədər keçirilmiş 16 qarşılaşmadan yalnız birində qələbə qazanan Zaqatala təmsilçisi 4 dəfə rəqibi ilə heç-heçə edib. Qeyd edək ki, “Simurq”un “Neftçi” üzərindəki yeganə qələbəsi məhz Bakıda keçirilən oyuna təsadüf edir.III tur
17 avqust (şənbə)
11. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
+11=4-1, top fərqi 25-7
03.11.2006
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
1:0
|
03.05.2007
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:1
|
28.10.2007
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
2:1
|
19.04.2008
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:0
|
30.08.2008
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
0:0
|
08.03.2009
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:2
|
27.09.2009
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
0:1
|
26.12.2009
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:0
|
21.08.2010
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
4:0
|
19.02.2011
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:3
|
30.09.2011
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
1:2
|
04.12.2011
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
4:2
|
31.10.2012
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
2:1
|
17.02.2013
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:2
|
13.04.2013
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:1
|
09.05.2013
|
Neftçi (Bakı) - Simurq (Zaqatala)
|
1:1
|
Hər iki komanda cari mövsümə uğurla başlayıb. Son çempion “Neftçi” ilk turda qələbə qazanaraq “Qarabağ” və “Qəbələ” ilə zirvəni paylaşır. İki turda rəqib qapısından 6 qol keçirən paytaxt komandasının qollarının yarısını özbəkistanlı hücumçu Bahodir Nasimov vurub. Rəqibi kimi cari mövsümdə məğlub olmayan “Simurq” isə həm də qapısından qol buraxmayan yeganə komandadır.
|