![](http://pfl.az/uploads/pfl.jpg) Bu gün əsaslı təmirdən sonra İ.Axundlu adına Naxçıvan Muxtar
Respublika stadionunun açılışı olub. Açılışda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Gənclər və İdman Naziri Azad Cabbarov, Muxtar
Respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndərələri
iştirak edib.
Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası
iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra
stadiondakı oturacaq tutumu artırılaraq 12800-yə çatdırılıb, soyunub geyinmə otaqları, məqş zalları təmir
olunub.
Qeyd edək ki, “Araz” futbol klubu ev oyunlarını məhz bu stadionda keçirəcək.
|