![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 2-ci turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ” rəqibini 5-1
hesabı ilə məğlub etdi.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “”Qarabağ”ı Avroliqanın pley-off mərhələsinə
vəsiqə qazanması ilə təbrik edirəm. Bizim üçün çox çətin oyun oldu. Azərbaycanın
ən güclü komandasında qarşı oynadıq, müdafiədə çoxlu səhvlər buraxdıq.
Komandanın fiziki hazırlığı 60%-dir”.
Elçin
Rəhmanov, “Qarabağ” klubunun məşqçisi: “İlk hissə istədiyimiz kimi alınmadı.
2-ci hissədə isə daha yaxşı oynadıq. Vaxtında vurulan qollar oyunun nəticəsində
özünü göstərdi. Milli komandanın oyunu ilə əlaqədar olaraq toplanışa çağrılmış
oyunçularımıza görə AFFA-ya müraciət etməyəcəyik. Hamımız milli komanda üçün
çalışırıq”.
|