![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının 2-ci turunda “Qəbələ” doğma meydanda “İnter”i qəbul etdi. İlk
hissəni məğlub başa vuran Yuri Syominin komandası ikinci hissədə əzmkar oyun
göstərərək 3 xalı qazanan tərəf oldu – 3:1.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “İlk hissəyə yaxşı başladıq, qol
vurduq, hesabı artıra da bilərdik. 60-cı dəqiqədən sonra isə mərkəzdə boşluqlar
yarandı və rəqib bundan ustalıqla istifadə edə bildi. Oyunumuzda pərakəndəlik
yarandı. Vaqif Cavadovun qolu isə son dəqiqələrdə gəldi. Rəhbərliklə görüşüb,
klubdakı gələcəyim barədə danışmağı düşünürəm”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Komandamı qələbə ilə təbrik edirəm.
Keçən oyunda ilk hissəni yaxşı oynamamışdıq. Bu gün isə hər iki hissədə komanda
əla oynadı. Rəqib ilk oyunda məğlub olmuşdu, bu oyuna daha yaxşı
hazırlaşmışdılar. Bir daha əzmkar oyuna və qələbəyə görə komandaya təşəkkür
edirəm”.
|