Topaz Premyer Liqasının 2-ci turunun "Qarabağ" - "Sumqayıt" oyununun keçirilmə yeri dəyişdirilmişdir. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olsa da, mərkəzi arenanın ot örtüyündə problem yaranma ehtimalının olması və qazonun avqustun 22-də Avropa liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Ayntraxt" matçına kimi tam ideal vəziyyətə gətirilməsi üçün matç "Bakcell Arena"da keçiriləcək.Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.
|