![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının 2-ci turunda “Neftçi” səfərdə “Rəvan”la qarşılaşdı. Bahodir
Nasimovun dublu sayəsində rəqibini 2-0 hesabı ilə məğlub edən “ağ-qaralar” Tərlan
Əhmədovun başçılığı altından ardıcıl ikinci qələbəsini qazandı.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Mövsüm yeni başlayıb, hər bir qələbə bizi
sevindirir. Komanda qələbə əzmini geri qaytarır. Çempionat 4 dövrəlidir,
çatışmazlıqlarımız var. Əvəzetmələrimiz uğurlu oldu. İki mövsümdür ki, “Rəvan”la
oyunlarda çətinlik çəkirik. Hələlik qolları Bahodır Nasimov vurur. Lakin Melvin
Platyedən də yararlanacağıq. Cənubi amerikalı fubolçularla müqayisədə avropalılar bizim çempionata daha gec
uyğunlaşır. Ümid edirəm ki, tezliklə gözlədiyimiz oyunu göstərəcək. Cavid İmamverdiyevi zədə üzündən itirmək istəməzdik. Karlos
Kardosonu sınamaq üçün bu gün İqor Mitreskiyə istirahət verdik. Fikrimcə, ilk
oyun üçün Kardoso yaxşı təsir bağışladı”.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Bütün Azərbaycan xalqını Ramazan
bayramı münasibəti ilə təbrik edirəm. Oyuna pis başladıq, ilk dəqiqələrdən rəqibə
ardıcıl qol epizodları yaratmağa imkan verdik. İlk qoldan sonra oyunu bərabərləşdirə
bildik. Əks-hücumlardan yararlana bilmədik. Miloş Adamoviç meydandan
qovulduqdan sonra “Neftçi” kimi rəqibə qarşı oynamaq daha da çətinləşdi. Yeni
oyunçuların komanda şəklində oynaması üçün zamana ehtiyac var. Qarşıdakı
oyunlarda xallar qazanmağa çalışacağıq. İki oyunda ardıcıl məğlubiyyət pis nəticədir”.
|