![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 2-ci turunun açılış oyununda AZAL doğma meydanda “Bakı”nı qəbul
etdi. İlk turu məğlubiyyətlə başa vuran komandaların mübarizəsindən “təyyarəçilər”
qalib ayrıldı – 1:0.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “İlk hissədə komandam, demək olar ki,
meydanda yox idi, çox pis oynadıq. Premyer Liqa komandasına yaraşmayan səhvlər
buraxdıq. Lakin ikinci hissədə daha yaxşı oynadıq, hesabı bərabərləşdirmək, hətta
qələbə qolunu vurmaq üçün şanslarımız oldu. Lakin ilk hissədəki oyunumuz öz
sözünü dedi. AZAL-ı qələbə ilə təbrik edirəm”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Hər iki komanda qələbə üçün oynayırdı. Çətin
oyun oldu. Komandamın turdan-tura daha yaxşı oynayacağını demişdim. İlk hissədə baxımlı oyun göstərdik. İkinci hissədə isə sarı vərəqə almış oyunçuları əvəzlədim
ki, azlıqda qalmayaq. “Neftçi” ilə oyundan sonra bu qələbə bizi sevindirdi.
Ehtiyat oyunçu problemimiz var. Növbəti turda “İnter”ə qarşı keçirəcəyimiz
oyuna hazırlaşacağıq”.
|