Ağdamın “Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında İsveçin “Gefle” klubunu səfərdə 2-0 hesabı ilə məğlub edən ağdamlılar pley-off mərhələsində iştirak edəcək.Komandamızın rəqibi avqustun 9-da saat 16:00-da baş tutacaq püşkatmadan sonra bilinəcək. Bu mərhələnin oyunları 22-29 avqust tarixlərdə keçiriləcək.
|