![](uploads/kapaz-neftci-kubok.jpg) Azərbaycan
kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Kəpəz”in
qonağı olan “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub etdi.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “”Simurq”la oyundan sonra futbolçularımızda
yorğunluq var idi. Bu da oyunda öz təsirini göstərdi. “Neftçi”yə qarşı istədiyimiz
oyunu göstərə bilmədik”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”Kəpəz” öz meydanında “Qəbələ”yə
qalib gəlmişdi. Bugünkü oyunun çətin olacağını bilirdik. Heyətimizdə zədəli futbolçular var
idi. Onların əvəzinə gənc futbolçulara şans verdik. Qalib gəldiyimiz üçün şadam”.
|