Topaz Premyer Liqasının 1-ci turunun mərkəzi
qarşılaşmasında “İnter” “Şəfa” stadionunda “Qarabağ”ı qəbul etdi. Oyunda əzmkar
qələbə qazanan Ağdam təmsilçisi yeni mövsümə 3 xalla başladı – 2:1.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Maraqlı
və çətin oyun oldu, qalib gəldik. Oyun sistemində müəyyən problemlərimiz var
idi. Oyunun gedişində daha az təcrübəsi olan futbolçularımız özünə gəldi.
Getdikcə oyunlar daha da çətinləşəcək. Hər oyunda diqqətli olmalıyıq.
Avroliqadakı oyuna ciddi hazırlaşmalıyıq. Növbəti iki gündə futbolçuların
fiziki durumunu bərpa etməyə çalışacağıq”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Əla
oyun oldu, iki yaxşı komanda qarşılaşdı. Bu cür oyunla məğlub olmamalı idik. “Qarabağ”ın
ustalıq səviyyəsi bizdən üstün oldu. Sanki, son ötürmələri verə bilmirdik. Yeni
transferlərlə güclənməliyik. Xüsusən də hücum xəttində. Bəzi oyunçularla danışıqlarda şəxsən özüm iştirak edirəm. Ümid edirəm ki, alınacaq”.
|