Topaz
Premyer Liqasının ilk turunda “Neftçi” AZAL klubunu qəbul etdi. “Bakcell Arena”da
keçirilən qarşılaşma “Neftçi”nin inamlı qələbəsi ilə başa çatdı – 4:1.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi.
Oyuna ciddi hazırlaşmışdıq, lakin cinahları bağlaya bilmədik, 1-4 hesabı ilə məğlub
olduq. İkinci hissədə heyətdə dəyişikliklər etdik, lakin istədiyim əvəzetmələri
edə bilmədim. Bəzi oyunçularımızın transfer vərəqəsi hələ gəlmədiyi üçün
onlardan yararlana bilmədim”.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Çempionlar Liqasındakı uğursuzluqdan
sonra komanda öz imicini geri qaytarmalı idi. İlk oyunda qələbə qazanmalı idik.
AZAL-ı yaxşı tanımırıq, oyununa bələd deyilik. Bizim oyunumuzda da
çatışmazlıqlar var, xəttlərarası əlaqələr ürəkaçan deyil. Hər halda, qalib gəldik.
Qələbəyə sevinirik”.
|