Topaz
Premyer Liqasının ilk turunda “Simurq” “Rəvan”la qarşılaşdı. Zaqatala şəhər
stadionunda gedən təmir işləri ilə bağlı Qəbələdə keçirilən qarşılaşmada
nominal ev sahibi olan “Simurq” 2-0 hesabı ilə qalib gəldi.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Premyer Liqanın başlaması münasibəti ilə
hamını təbrik edirəm, bütün komandalara uğurlar arzu edirəm. Bu gün 3 xal qazanmalı
idik, təəssüf ki, alınmadı. Rəqib yaratdığı qol epizodlarından yaxşı istifadə
etdi və qalib gəldi. Artıq növbəti oyuna hazırlaşacağıq”.
İqor
Getman, “Simurq” klubunun məşqçisi: “Yeni mövsümün başlaması münasibəti ilə
hamınızı təbrik edirəm. Bu, bir bayramdır. İlk oyunlar adətən çətin olur. Rəqib
də, bizim komanda da yaxşı mübarizə apardı. Maraqlı oyun oldu, qələbə qazandıq.
İlk oyunda qalib gəlmək vacib idi”.
|