Topaz
Premyer Liqasının yeni mövsümünün açılış oyununda “Qəbələ” səfərdə “Bakı” ilə
qarşılaşdı. Əzmkar qələbə qazanan “Qəbələ” ilk 3 xalı aktivinə yazdı – 2:1.
Yuri
Syomin, “Qəbələ” klubunu baş məşqçisi: “Mənə görə, iki fərqli hissə oldu. İlk
hissədə yaxşı oynamadıq. Fasilədən sonra isə ötürmələrdə səhvlər etmədik. Bu,
Premyer Liqanın ilk oyunu idi, səfər oyunu idi. Komandam bundan irəli gələn məsuliyyəti
anladı və qələbə qazandı”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qalib gəlməli olduğumuz oyunda məğlub
olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib
komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən
ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu,
ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.
|