Topaz
Premyer Liqasının 2013/2014-cü il mövsümünün açılış oyununda “Bakı” “Qəbələ” ilə
qarşılaşdı. Paytaxtda keçirilən oyun “Qəbələ”nin əzmkar qələbəsi ilə başa
çatıb. İlk hissədə Mindauqas Kalonasın qoluna maneə ola bilməyən Yuri Syominin
yetirmələri ikinci hissədə əvəzetmədən oyuna daxil olan Viktor Mendinin dublu
sayəsində ilk oyunda qələbəni bayram edən tərəf oldu.
Turun
digər oyunları şənbə və bazar günləri keçiriləcək.
|