Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilmişdir. Ölkəmizin bu yarışda yeganə təmsilçisi olan "Qarabağ" İsveçin "Gefle" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisinin aşkar üstünlüyü ilə keçən qarşılaşmada hesab oyunun son dəqiqələrində açılıb. Rəqib komandanın qapısına yol tapan Reynaldo "Qarabağ"a 1-0 hesabı ilə qələbə qazandırıb. Bu komandalar arasında cavab oyunu bir həftə sonra İsveçdə keçiriləcək.
|