UEFA Çempionlar Liqasında Albaniyanın “Skenderbeu”
klubuna məğlub olaraq mübarizəni dayandıran “Neftçi” bu gündən etibarən məşqlərini
bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib. Qeyd edək
ki, Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefa verən baş məşqçi Böyükağa
Hacıyevin ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub və müqaviləsinə xitam verilib.
|