UEFA Avropa Liqasının II təsnifat mərhələsinin
“Makkabi” (Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət
sonrası “Xəzər Lənkəran” klubunun rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal
sonra görüşərək çalışdırıcının hesabatını dinləyib. Bəzi futbolçuların peşəkar futbolçuya
yaraşmayan şəkildə meydanda mübarizə aparmasını, klub daxili ab-havanı pozduqlarını əsas götürən “Xəzər Lənkəran” klubu braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı
qapıçı Toni Doblası əsas komandadan uzaqlaşdırıb. Bundan başqa Adrian Pit və Marin Orsuliç də əsas komandadan kənarlaşdırılıb.
|