Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilmişdir. Təmsilçilərimizdən yalnız “Qarabağ” növbəti mərhələyə vəsiqə qazana bilib. “Piast”la ilk oyunda 2-1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi Polşada keçirilən cavab oyununun əlavə vaxtında 2-2 hesablı heç-heçəyə nail olaraq Avropa Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin etdi. Bu mərhələdə komandamızın rəqibi İsveçin “Gefle” klubu olacaq. Avroliqadakı digər təmsilçimiz “İnter” klubu isə Norveçin “Tromse” klubunu 1-0 hesabı ilə məğlub edib. Lakin paytaxt təmsilçisi ilk qarşılaşmada rəqibinə 0-2 hesabı ilə məğlub olduğundan mübarizəni dayandırmalı olub. Avropa Liqasında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşan “Xəzər Lənkəran” isə rəqibinə məğlub olub - 0:8. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun da hayfalıların 2-0 hesablı qələbəsi ilə başa çatmışdı.
|