Bu
gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları
keçiriləcək. Azərbaycan çempionu “Neftçi” səfərdə Albaniyanın “Skenderbeu”
klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Xatırladaq
ki, bu komandalar arasında bir həftə öncə keçirilən oyunda qolsuz heç-heçə qeydə
alınmışdı. Təmsilçimizə növbəti mərhələyə keçmək üçün qələbə və ya istənilən
qollu heç-heçə kifayət edir.
|