Bu
gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. Maarifçilik hərəkatının görkəmli
xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator
mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Bununla da
Azərbaycanda milli mətbuatın əsası qoyulur.
Bu
dövr ərzində Azərbaycan mətbuatı müxtəlif təzyiqlərə məruz qalmışdır. Ancaq
buna baxmayaraq daim inkişaf yolunu tutub. 1998-ci ilin avqustunda Heydər
Əliyev tərəfindən senzuranın ləğv edilməsi isə Azərbaycanda mətbuatın daha da
inkişaf etməsinə təkan verib.
Bu
gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini Peşəkar Futbol Liqası
kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
|