Bu gün keçirilən püşkatma ilə UEFA Çempionlar
Liqasında 3-cü təsnifat mərhələsində qarşılaşacaq cütlüklər müəyyən olunub. Son
Azərbaycan çempionu “Neftçi” Albaniyanın “Skenderbeu” klubunu yarışdan kənarlaşdıracağı
təqdirdə “BATE” (Belarus) – “Şaxtyor” (Karaqanda, Qazaxıstan) cütünün qalibi ilə
qarşılaşacaq. Qeyd edək ki, bu cütlər arasında keçirilən ilk oyunlarda “Neftçi”
alban təmsilçisi ilə qolsuz heç-heçə oynamış (0:0), “BATE” isə doğma meydanda “Şaxtyor”a
0-1 hesabı ilə məğlub olmuşdur.
|