Gürcüstanda yeni mövsüm hazırlıqlarını davam etdirən “Sumqayıt”
klubu ilk yoxlama oyununu keçirib. Aqil Məmmədovun yetirmələri Gürcüstan 1-ci
liqa təmsilçisi “Mertsxali” ilə oyunda 3:0 hesabı ilə qalib gəlib. Sumqayıt təmsilçisinin
qollarını Ruslan Nəsirli (2) və Vurğun Hüseynov vurublar.
“Sumqayıt” növbəti yoxlama oyununu iyulun 20-də Gürcüstan
Premyer Liqasının təmsilçisi “Merani Martvili”yə qarşı keçirəcək.
|