Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları keçirilmişdir. Lənkəran şəhər stadionunda Maltanın "Sliema" klubunu qəbul edən Lənkəran təmsilçisi rəqibini 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Cənub təmsilçisinin yeganə qolu Rahid Əmirquliyevin aktivindədir. UEFA Avropa Liqasının ikinci mərhələsində "Xəzər Lənkəran"ın rəqibi İsrailin "Makkabi" (Hayfa) klubu olacaq.
|