![](uploads/DSC_1970.jpg) Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi “Four Seasons” mehmanxanasında keçirilən tədbirdə mükafatlandırılmışlar. KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı” FK-nın oyunçusu Marius Pena seçilib. Rumıniyalı hücumçuya PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 500 azn pul mükafatı verilmişdir. www.pfl.az saytında keçirilən sorğuya əsasən isə AZAL klubunun gənc futbolçusu Cavid Tağıyevin ötən ay “Qəbələ”nin qapısına vurduğu qol ən yaxşı qol seçilmişdir. Cavid Tağıyevə PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 000 azn pul mükafatı verilmişdir. Tədbirdə, həmçinin, Topaz Premyer Liqasında mart ayında keçirilən oyunların nəticəsini düzgün təxmin etmiş jurnalistin mükafatlandırılması da keçirilib. Nominasiyanın qalibi 18 oyundan 11-nin nəticəsini düzgün təxmin etmiş www.mundial.az saytının nümayəndəsi Elvin Rüstəmov olmuşdur. ![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1911.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1921.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1943.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1950.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1955.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1958.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1963.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1979.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_2009.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_2010.jpg)
|