![](uploads/simurqyeni.jpg) “Simurq” klubu
qapıçı Pavel Kapsa ilə ilkin razılıq əldə edilib. Klubdan verilən məlumata görə,
Türkiyədəki toplanışda baxışdan keçən Kapsa ilə tibbi müayinədən sonra 1+1 sistemi ilə rəsmi müqavilə imzalanacaq.
Yeni mövsüm hazırlıqlarının növbəti mərhələsini Avstriyada keçirəcək komanda iyulun 12-də Azərbaycanı tərk edəcək. Tirol şəhərində baş tutacaq
toplanışda Zaqatala təmsilçisi dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq rəqiblərdən ikisinin
kimliyi məlumdur. Georgi Çixradzenin yetirmələri iyulun
16-da Yunanıstanın “Olimpiakos”, 27-də isə Türkiyənin “Kayserispor”
klubları ilə qarşılaşacaq.
|