![](uploads/fcb.jpg) Avstriyada yay təlim-məşq toplanışında olan “Bakı” klubu
hazırlıqları davam etdirir. Klubun rəsmi saytında yer alan məlumata görə,
paytaxt təmsilçisi bu həftə iki yoxlama oyunu keçirəcək. “Bakı” iyulun 8-də Avstriyanın FC “Hermagor”, 4 gün sonra isə
Rumıniyanın “Timişoara” klubu ilə qarşılaşacaq. Komandanın heyətində Aqil Nəbiyev
və Namiq Ələsgərov fərdi qaydada çalışmaları davam etdirir.
|