![](uploads/xezer.jpg) “Xəzər Lənkəran” yay toplanışı çərçivəsində Malta
çempionu “Birkirkara” ilə qarşılaşıb. “Sirens” stadionunun süni örtüklü meydançasında baş
tutan qarşılaşma 1-1 hesablı heç-heçə ilə başa çatıb. “Xəzər Lənkəran” oyuna aşağıdakı
heyətlə çıxıb:
Orxan Sadıqlı, Rasim Ramaldanov, Alvaro Silva, Elnur
Allahverdiyev, Eder Bonfim, Uğur Pamuk, Rahid Əmirquliyev (k), Marin Orsuliç,
Nikola Qliqorov, Adrian Pit, Kazım Kazımlı.
“Xəzər Lənkəran”ın yeganə qolu Marin Orsuliçin aktivindədir.
|