İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Unibank Premyer
Liqasının XXIII turunun “Bakı” – “İnter” matçının 63-cü dəqiqəsində
“İnter” klubunun 11 №-li futbolçusu Asif Məmmədov kobud oyuna görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Unibank Premyer
Liqasının XXIII turunun “Simurq” – “Kəpəz” matçının 61-ci dəqiqəsində “Kəpəz”
klubunun 10 №-li futbolçusu Ceyhun Sultanovla “Simurq” klubunun 4
№-li futbolçusu Vasili Yanotovski bir-birinə qarşı kobud oyuna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu
2 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunur (maddə 37.1).
Unibank Premyer
Liqasının XXIII turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 88-ci dəqiqəsində
“Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna
görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000
manat cərimə olunur (maddə 63).
Unibank Premyer
Liqasının XXIII turunun “Qəbələ – “Neftçi” matçının 45+2-ci dəqiqəsində
“Qəbələ” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub 2000
manat cərimə olunur (maddə 52).
Azərbaycan I
divizionunun XX turunun “Energetik” – “Şəmkir” matçının 75-ci dəqiqəsində
“Energetik” klubunun 5 №-li futbolçusu Aqşin Salahov kobud oyuna görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I
divizionunun XX turunun “Şuşa” – “Şahdağ” matçıınn 12-ci dəqiqəsində “Şahdağ”
klubunun 16 №-li futbolçusu Zabit Səfərov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I
divizionunun XX turunun “MKT Araz” – “Tərəqqi” matçında “MKT Araz” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I
divizionunun XX turunun “Bakılı” – MOİK matçının 70-ci dəqiqəsində “Bakılı”
klubunun 12 №-li futbolçusu Anar Səlimov hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 42.3). Oyunun 90+2-ci dəqiqəsində MOİK klubunun 3 №-li futbolçusu
Zeynalabdin Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
|